Uzun sürən quraqlığın yaratdığı aclıq təhlükəsi Zimbabve hökumətinin 200 filin kəsilərək ətinin əhaliyə paylanması qərarı verməsinə gətirib çıxarıb.
Musavat.com xəbər verir ki, bu barədə Britaniyanın "The Guardian" qəzeti məlumat yayıb.
Zimbabvenin ətraf mühit naziri Sithembiso Nyoni bildirib ki, kəsilən fillərin əti qurudularaq aclıq çəkən icmalara paylanacaq:
"Biz ZimParks və bəzi icmalarla Namibiyada etdikləri kimi, filləri kəsmək, əti qurutmaq, qablaşdırmaq və zülala ehtiyacı olan icmalara çatdırmaq imkanını müzakirə edirik".
Materialın müəllifləri vurğulayırlar ki, hakimiyyət sonuncu dəfə 1988-ci ildə belə tədbirlər görüb. Son illərdə xüsusi mühafizə siyasəti nəticəsində Hvanq qoruğundakı fillərin sayı qoruğun onları yedirtmə imkanından dörd dəfə artıb.
Aprelin 3-də Botsvana prezidenti Mokgveetsi Masisi Almaniya hakimiyyətini ovlanmış heyvanların ölkəyə idxalına məhdudiyyətlər tətbiq etmək planlarına görə Almaniyaya 20 min fil göndərməklə hədələyib. Ölkə hakimiyyətinin reaksiyasına səbəb Botsvanada 130 minə yaxın filin yaşamasıdır – bu, dünyada olan fillərin üçdə biri deməkdir. Onların ölkədə yüksək konsentrasiyası kənd təsərrüfatına mənfi təsir göstərir. Həll yolu kimi, səlahiyyətlilər ov lisenziyalarını satır və fil populyasiyalarını digər Afrika ölkələrinə köçürür.
Qeyd edək ki, bir neçə ay əvvəl Namibiya fillər, zebralar da daxil olmaqla, qoruqlarda saxlanan 700 heyvanı ovlayaraq ətini aclıqdan əziyyət çəkən əhaliyə paylayıb.
Musavat.com