Monqolustanda kəskin hava şəraiti səbəbindən 3,9 milyondan çox mal-qara tələf olub.
Musavat.com “CentralAsia”ya istinadən xəbər verir ki, bunu ölkənin Fövqəladə Hallar üzrə Dövlət Komissiyasının katibi Bayarhuu Tuvşinsaikxan yerli KİV üçün keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, mal-qaranın tələfatı bilavasitə kəskin hava şəraiti ilə bağlıdır.
Belə ki, qar altında yemək tapa bilməyən çoxlu sayda heyvan aclıqdan və soyuqdan tələf olub.
Məlumata görə, 2023-cü ilin sonuna Monqolustanda mal-qaranın ümumi sayı 9,1% azalaraq 64,7 milyon baş təşkil edib.
Qeyd edək ki, bu gün heyvandarlıq Monqolustan iqtisadiyyatının əsas sahələrindən biri olmaqla yanaşı, ölkənin köçəri əhalisinin demək olar ki, 40%-nin gəlir mənbəyidir.
Musavat.com