Ukrayna Türkiyənin beşinci nəsil KAAN qırıcılarını almaq istəyir.
Musavat.com xəbər verir ki, bunu Ukraynanın Türkiyədəki səfiri Vasil Bodnar CNN TÜRK-ə müsahibəsində bildirib.
"Biz onu təkcə almayacağıq, istifadə edəcəyik. Harada istifadə edəcəyimizi də bilirik", - deyə Bodnar bildirib.
"Bu, bizim strateji tərəfdaşlığımızın hərəkətverici qüvvəsidir. Türkiyədən çoxlu sayda "Bayraktar TB2" və digər avadanlıqlar aldıq və bu gün "Bayraktar TB2" Ukrayna müharibəsinin veteranı oldu", - səfir deyib.
Səfirin sözlərinə görə, "Bayraktar" üçün mahnılar yazılır, hətta bəzi uşaqlara "Bayraktar"ın adı verilir:
"Haluk və Səlcuq Ukraynanın qəhrəmanlarıdır, amma yenə də işlərini davam etdirirlər".
Musavat.com