Bosniya və Herseqovina Türkiyədən 6 ədəd “Bayraktar TB2” pilotsuz uçuş aparatı (PUA) alacaq.
Bunu Bosniya və Herseqovinanın müdafiə naziri Zukan Helez deyib.
Nazir bildirib ki, Bosniya və Herseqovinanın Müdafiə Nazirliyi Türkiyənin “Baykar” şirkətindən 6 ədəd “Bayraktar TB2” pilotsuz uçuş aparatının alınması ilə bağlı razılaşmanı təsdiqləyib.
“Müqavilə üç idarəetmə sisteminin alınmasını da əhatə edir. Hazırda Bosniya və Herseqovina ordusunun iki bölməsi PUA-ların istismarı üçün Türkiyədə təlim keçir”, - deyə Zukan Helez əlavə edib.
PUA-ların ilk partiyasının gələn ilin yanvar ayında Bosniya və Herseqovinaya çatdırılması gözlənilir.//Teleqraf.com