Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) məlumatına görə, 2022-ci ildə Çinin nüvə arsenalı 350 döyüş başlığından 410-a qədər artıb.
Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Çinin 2019-cu ildən bəri nüvə silahlarını artırmasını şərh edib.
O bildirib ki, Çinin üzləşdiyi ciddi təhlükəsizlik problemləri fonunda nüvə potensialını artırmaq hüququ var. Peskovun sözlərinə görə, Rusiyanın ÇXR-in addımlarından narahatlığı yoxdur:
"Bölgədə öz təhlükəsizliyi üçün çox ciddi problemlərlə üzləşən Çin məqsədəuyğun hesab etdiyi addımları atır. Bu, tamamilə bu ölkənin suveren hüququdur".
Xatırladaq ki, oktyabrın 18-də Rusiya Dövlət Duması yekdilliklə Nüvə Sınaqlarının Hərtərəfli Qadağası haqqında Müqavilənin ratifikasiyasını ləğv edən qanunu qəbul edib. Bu gün, oktyabrın 25-də Federasiya Şurası müvafiq qanunu təsdiqləyib.
Musavat.com