Bu ölkə İsrailə silah tədarükünü DAYANDIRDI - Qəzzaya görə

2023-cü ilin oktyabrında HƏMAS-İsrail münaqişəsinin kəskinləşməsindən sonra İtaliya İsrailə silah tədarükünü dayandırıb.

Musavat.com ANSA agentliyinə istinadən xəbər verir ki, bu barədə İtaliyanın xarici işlər naziri Antonio Tajani məlumat verib.

"Oktyabrın 7-dən sonra biz İsrailə silah verməmək qərarına gəldik, ona görə də bu məsələni müzakirə etməyə ehtiyac yoxdur", - deyə nazir bildirib.

Qeyd olunub ki, XİN rəhbərinin bəyanatı İtaliya Demokrat Partiyasının lideri Elli Şleynin Yaxın Şərq münaqişəsini alovlandırmamaq üçün yəhudi dövlətinə silah göndərməmək çağırışları fonunda verilib.

Musavat.com

21.01.2024 03:15
964