Bu ölkə bütün "Mi-8" helikopterlərini Ukraynaya VERDİ

Xorvatiya Ukraynaya hərbi yardımın bir hissəsi olaraq bütün "Mi-8" nəqliyyat helikopterlərini təhvil verib.

Musavat.com xəbər verir ki, bunu ABŞ-ın müdafiə naziri Lloyd Ostin Pentaqonda xorvatiyalı həmkarı ilə görüşündə deyib.

Qeyd edək ki, fevralda Xorvatiya Ukraynaya kömək üçün 14 "Mi-8", 12 "Mi-8MTV-1" və 2 "Mi-8T" helikopterini təhvil verməyə hazır olduğunu açıqlayıb. Daşıma Polşa üzərindən planlaşdırılırdı.

Aprel ayında "Politico" nəşri Xorvatiya helikopterlərinin Macarıstan ərazisi ilə çatdırılması planının işlənib hazırlandığı yazıb.

Musavat.com

20.10.2023 16:57
1114