Danimarka silahlı qüvvələri bütün artilleriyasını Ukraynaya təhvil verib.
Musavat.com “Jyllands-Posten” qəzetinə istinadən xəbər verir ki, bunu Danimarkanın baş naziri Mette Frederiksen Münhen Təhlükəsizlik Konfransında deyib.
"Danimarka tərəfində biz bütün artilleriyamızı təhvil vermişik, amma hələ də Avropada anbarlarda döyüş sursatları var", - o deyib.
Baş nazir müharibənin başlamasının ikinci ildönümündə Ukraynaya hərbi ləvazimatların çatdırılmasına çağırıb. Söhbət döyüş sursatı, artilleriya, uzaqmənzilli raketlər, pilotsuz təyyarələr, F-16 qırıcılarından gedir.
Mette Frederiksen vurğulayıb ki, qısa müddətdə Avropa İttifaqı Ukraynaya ehtiyacı olanı verməli, uzunmüddətli perspektivdə isə Ukrayna Aİ və NATO-nun müdafiə alyansına qəbul edilməlidir.
Musavat.com