Bu noutbukların satışı QADAĞAN OLUNUR

Avropa İttifaqı (Aİ) Parlamenti batareyaları dəyişdirilməyən noutbukların satışını qadağan edən yeni direktiv qəbul edib.

Musavat.com report-a istinadən xəbər verir ki, bu barədə "ComputerBase" nəşri məlumat yayıb.

Yeni qanun ətraf mühitə zərərli elektron tullantıların həcmini azaltmaq üçün noutbukların istifadə müddətini uzatmağa yönəlib. Qərar qəbul edildikdən cəmi üç il yarım sonra qüvvəyə minəcək.

Aİ Parlamentinin tələbi demək olar ki, bütün noutbuk istehsalçılarının həyatını çətinləşdirəcək, çünki onların hər birinin çeşidində belə modellər var. Bir qayda olaraq, bunlara batareyaların korpusa yapışdırıldığı nazik ultrabuklar daxildir.

Bununla belə, onlar hələ də dəyişdirilə bilər, lakin tez-tez bu prosedur bir xidmət mərkəzinə müraciət etməyi tələb edir.

16.06.2023 08:27
1826