Xəbər verdiyimiz kimi, Nazirlər Kabineti bu gün istefa verəcək. Belə ki, fevralın 7-də keçirilmiş növbədənkənar prezident seçkisində qalib gələn İlham Əliyev 14 fevral tarixində and içib. Konstitusiyanın 103-cü maddəsinin II hissəsinə əsasən, and içdiyi gündən Azərbaycan Respublikasının Prezidenti öz səlahiyyətlərinin icrasına başlamış sayılır.
Konstitusiyanın 116-cı maddəsinə əsasən, yeni seçilmiş Prezident vəzifəsini tutduğu və səlahiyyətlərini icra etməyə başladığı gün Nazirlər Kabineti Azərbaycan Respublikası Prezidentinə istefa verir.
Musavat.com xəbər verir ki, "TV Müsavat"ın baş redaktoru Sevinc Telmanqızı moderatoru olduğu "Canlı Debat" verilişində nazirlərin istefası ilə bağlı məlumatı açıqlayıb.
Ətraflı videoda: