Bu müəllimlərin də maaşı ARTACAQ - RƏSMİ

"Peşə təhsili müəssisələrində çalışan müəllimlərin əməkhaqqında artım olacaq".

Bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov bu gün keçirilən brifinqdə deyib.

O bildirib ki, peşə təhsili müəssisələrinə keyfiyyətli kadrlar cəlb etmək üçün bir çox işlər görülməlidir:

"Maliyyələşmə baxımından ən vacib addımlardan biri adambaşı maliyyələşmə prinsipidir. Bu ildən 5 müəssisədə abambaşı maliyyələşmə prinsipi ilə çalışan müəllimlərin əməkhaqlarında müsbət mənada dəyişiklik olacaq. Bu, peşə təhsilində çalışan müəllimlərin rifahının yaxşılaşdırılması üçün atılan addımdır".\Sfera.az

19.07.2024 16:20
1429