Ötən həftə ABŞ-da kommersiya neft ehtiyatları 3,89 milyon barel artaraq 416,93 milyon barelə çatıb.
Musavat.com ölkənin Energetika Nazirliyinin həftəlik hesabatına istinadən xəbər verir ki, həftə ərzində benzin ehtiyatları 1,12 milyon barel artaraq 221,2 milyon barel təşkil edib.
Kommersiya distillat ehtiyatları isə 1,28 milyon barel azalaraq 121,64 milyon barelə düşüb.
Mütəxəssislər neft ehtiyatlarının 1,43 milyon barel azalacağını, benzin ehtiyatlarının 200 min barel artacağını və distillat ehtiyatlarının 2 milyon barel azalacağını gözləyirdilər.
Musavat.com