"Bu maşınları almayın, ölüm gətirir" - Ekspertdən ŞOK AÇIQLAMA

Son illər ölkədə dəb düşmüş biznes növlərindən biri də xarici ölkələrdən, xüsusilə ABŞ-dan, Kanadadan, Yaponiyadan və s. qəzalı, suda batmış, lakin istehsal ili təzə olan maşınları gətirib, təmir edib satmaqdır.

Kiçik dəqiqləşdirmələrdən aydın olur ki, belə maşınların əksəri çox ağır qəzalar keçirib, təhlükəsizlik sistemi sıradan çıxıb. Onları çox ucuz qiymətə auksiondan udurlar və gətirib 5-6 min manata, “sadəcə buferi əzilmiş” maşın adı ilə vətəndaşlara satırlar.

Gömrük Komitəsinin həyətindən çəkilən görüntülər bu məsələni yenidən aktuallaşdırıb.

Kadrlarda Bakıya xarici ölkələrdən yararsız vəziyyətdə gətirilmiş avtomobillər əks olunub. Ölkəyə aşmış, yanmış, tamamilə yararsız vəziyyətdə olan maşınların gətirilməsi narazılıq doğurub.

Qeyd edək ki, Azərbaycana ili köhnə avtomobillərin gətirilməsi qadağan edilsə də, avtomobilin vəziyyəti barədə hər hansı tələb yoxdur.

Bəs ağır qəzalı, suda batmış maşınların ölkəyə gətirilməsi qadağan edilməlidirmi?

TV Musavat-ın mövzu ilə bağlı hazırladığı süjeti təqdim edirik:

Xalidə Gəray
Rafət Şahbazov
Musavat.com

07.08.2024 19:16
1978