Bu marşrut xəttinin istifadəçiləri daha yeni avtobusla gedəcəklər

Bu gündən 172 nömrəli müntəzəm marşrut xətti üzrə (Bilgəh qəsəbəsi-Koroğlu NMM) böyüktutumlu (12 metrlik) avtobuslar sərnişinlərin xidmətindədir.

Bu barədə Musavat.com-a Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Həmçinin avtobuslarda ödəniş nağdsız qaydada Bakıkart vasitəsi ilə həyata keçirilir.

15.06.2023 09:51
1472