Bu marşrut üzrə əlavə qatar təyin edilib - CƏDVƏL

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) həftəsonu artan sərnişin tələbatını təmin etmək üçün Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar təyin edir.

Musavat.com xəbər verir ki, bu barədə ADY məlumat yayıb.

Bildirilib ki, həmçinin Bakı-Qəbələ-Bakı marşrutu ilə hərəkət edən qatarlar da hər həftəsonu vətəndaşların xidmətindədir.

Biletləri dəmiryol vağzallarının kassalarından, www.ady.az saytından və ya “ADY Mobile” tətbiqi vasitəsilə əldə etmək mümkündür.

02.05.2024 17:24
744