Bu mağaza məhsulların yararlılıq müddətini saxtalaşdırırmış - FOTOLAR

Bakıda mağaza məhsulların yararlılıq müddətini saxtalaşdırırmış.

AQTA-dan Musavat.com-a bildirilib ki, tədbirlər çərçivəsində Bakı şəhəri, Nərimanov rayonu, Ə.Orucəliyev küçəsi, ev 70, 72 m. blok 7 ünvanında fəaliyyət göstərən "Unityfood LTD" MMC-yə məxsus ticarət obyektində, eləcə də ticarət obyektinin anbarında Agentlik əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı idxalçı müəssisənin qida məhsulları üzərində bəyan edilən yararlılıq müddətini saxtalaşdırdığı müəyyən edilib.

Belə ki, yararlılıq müddəti bitmiş məhsulların üzərindəki tarixlər silinərək, bəzi qablaşdırmalarda isə həmin hissənin kəsilib götürülərək üzərinə yeni istehsal tarixi və yararlılıq müddəti qeyd olunan stikerlərin yapışdırıldığı və ya xüsusi avadanlıqla yeni tarix qeyd olunaraq satışa təqdim edildiyi məlum olub.

Aşkar saxtalaşdırma əlamətləri olan məhsul partiyalarının satışının qarşısı alınıb və dövriyyədən çıxarılaraq müsadirə edilib.

Aşkar edilmiş qanun pozuntuları ilə bağlı qanunvericiliyə uyğun olaraq tədbirlər görüləcək və hazırda fakt üzrə yoxlama prosesi davam etdirilir.

03.09.2024 18:37
848