Bu kənddə heç bir cinayət törədilmir: Üç il əvvəl...

Qazaxıstanın Karaqanda vilayətində daha bir kənd spirtli içkidən tamamilə imtina edib.

Musavat.com yerli KİV-ə istinadən xəbər verir ki, Karabulak mağazalarında spirtli içkilər satılmır.

Rayon polis rəisi Amanbek Aubakirov bildirib ki, görülən bu tədbirlər nəticəsində kənddə cinayətkarlıq sıfıra enib.

Belə ki, Dina Tulegenova ən böyük kənd mağazasının sahibidir. O, alkoqol satmaqdan qəti şəkildə imtina edib.

Onun sözlərinə görə, bu qərar gəlirə təsir etmir:

"Üç il əvvəl mağaza açılandan bəri nə araq, nə də siqaret satmışıq. Bu, gəlirimizə təsir etmir".

Qeyd olunub ki, Karabulakın 500 nəfər əhalisi var. Onların beşdə biri gənclərdir. Onlar idmana maraq göstərir. Belə ki, kəndin özünün voleybol komandası var.

Musavat.com

02.10.2023 12:08
1035