2024-cü ilin yanvar-sentyabr aylarında 1031 yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə Musavat.com Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bildirilib ki, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 14,4 faiz az yol-nəqliyyat hadisəsi baş verib, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 13,7 faiz azalaraq 1434 nəfər olub.
Bu ilin 9 ayı ərzində baş verən qəzalarda 520 nəfər həlak olub, 914 nəfər isə yaralanıb.