2024-cü ilin birinci rübündə Türkiyə, Azərbaycan və Belarus Rusiyaya 235,6 milyon yumurta tədarük edib.
Musavat.com xəbər verir ki, bu barədə Rosselxoznadzor İnternet saytında məlumat açıqlayıb.
Məlumatdan aydın olur ki, 2024-cü ilin birinci rübündə daxili bazara Belarus, Azərbaycan və Türkiyədən 235,6 milyon ədəd yumurta idxal edilib. Qeyd olunur ki, alınan bütün məhsullar Rusiyanın tələblərinə uyğundur.
Ümumilikdə, 2024-cü ilin birinci rübündə Azərbaycandan Rusiyaya 28,1 milyon yumurta, Türkiyədən 12,6 milyon, Belarusdan 194,8 milyon yumurta daxil olub.
Qurumdan əlavə ediblər ki, 6 Azərbaycan müəssisəsi və 21 Türkiyə şirkəti ixrac icazəsinə malikdir.
Musavat.com