Bu il Rosatom xaricdəki sifarişlərdən 18 milyard dollar əldə edəcək

Rusiyanın Rosatom dövlət korporasiyası 2024-cü ildə xarici layihələrdən 18 milyard dollar məbləğində gəlir əldə etməyə ümid edir.

Musavat.com xəbər verir ki, bunu şirkətin rəhbəri Aleksey Lixaçev “Made in Russia” ixrac forumunda deyib.

Onun sözlərinə görə, 2023-cü ildə bu gəlir 16 milyard dolları ötüb və korporasiyanın ümumi illik gəlirinin yarısından çoxunu təşkil edib: “Bunun 12 milyard dollardan yuxarısı dost ölkələrin bazarlarından daxil olub”.

 

Musavat.com

15.10.2024 01:17
244