"Bu il neft qiymətləri dəyişməyəcək, manatın məzənnəsi isə..." -İqtisadçıdan ŞOK proqnoz  


"Bu il neft qiymətlərində dəyişiklik olmayacaq".

Musavat.com bildirir ki, bu fikirləri iqtisadçı Eldəniz Əmirov deyib.

İqtisadçı neft qiymətinin büdcədə nəzərdə tutulan 75 dollarlıq həddə qədər yaxınlaşmasını müvəqqəti eniş hesab etdiyini bildirib:

"Səbəb Trampın verdiyi açıqlamalar idi. Tramp seçilərsə, neft qiymətlərinin enməsi üçün adekvat adımlar atacağına dair fikirlər səsləndirməsi birjalarda reaksiya yaşatmış, investorlar tələbi azaltmış və qiymət enişləri baş vermişdi.

Lakin seçkilərdə Kamala Harrisin qələbə çalacağına şübhə etmirəm. Bu isə o deməkdir, rəsmi Vaşinqtonun neft qiymətlərinə qarşı münasibətində dəyişiklik olmayacaq. Bu da öz növbəsində qara qızılın qiymətində Amerika faktorunun yarada biləcəyi risk neytrallaşdırır. Əgər neft düşmürsə, deməli Azərbaycan büdcənin icrası ilə bağlı çətinlikdə yaşanmayacaq. Büdcənin icrası ilə bağlı çətinlik yaşanmayacaqsa, onda bu il manatı hələki təhlükə də gözləmir".

Xalidə Gəray
Musavat.com

14.09.2024 12:30
895