Bu il Gəncədə 45 kq narkotik vasitə dövriyyədən çıxarılıb

Gəncədə bu ilin əvvəlindən 45 kiloqramdan çox narkotik vasitə dövriyyədən çıxarılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Musavat.com-a verilən məlumata görə. polis əməkdaşlarının narkotik dövriyyəsi ilə bağlı keçirdikləri əməliyyatlar nəticəsində 67 fakt aşkarlanıb. Əcnəbi ölkədən qeyri-qanuni yolla ölkə ərazisinə gətirilmiş maddələrin çatdırılmasını təmin edən narkokuryerlər saxlanaraq cinayət məsuliyyətinə cəlb olunub.

Musavat.com

 

18.03.2022 10:35
222