Beynəlxalq Enerji Agentliyinin (IEA) proqnozuna görə, elektrik avtomobillərinin qlobal satışları bu il 20 faizdən çox artaraq 17 milyon ədədə çata bilər.
Musavat.com xəbər verir ki, bu proqnoz IEA-nın illik sənaye hesabatında əksini tapıb. Hesabatda deyilir ki, birinci rübdə elektrik avtomobillərinin satışları illik müqayisədə təxminən 25 faiz artıb. 2024-cü ildə elektrik avtomobillərinin ümumi avtomobil satışlarında payı təxminən 20 faiz təşkil edəcək və 2035-ci ilə qədər üçdə ikiyə qədər arta bilər. Üstəlik, bu il Çində artım 45 faizə, Avropada 25 faizə, ABŞ-da 11 faizə çata bilər.
Agentlik həm tam elektrik modelləri, həm də hibridləri elektrik avtomobilləri kimi təsnif edir.
Financial Times yazır ki, avtomobil istehsalçılarının özləri isə yüksək qiymətlər və enerjidoldurma stansiyalarının olmaması səbəbindən tam elektriklə işləyən modellərə geniş istehlakçı marağının azalmasına işarə edirlər.
Musavat.com