2024-cü ildə Çin dövlət büdcəsinin gəlirləri xərclərindən 4,06 trilyon yuan (təxminən 574 milyard dollar) az olacaq.
Musavat.com xəbər verir ki, bunu Çinin maliyyə naziri Lan Foan deyib.
Onun sözlərinə görə, "Çin iqtisadiyyatı üçün geniş baza və böyük bazar, sabitlik və böyük potensial kimi əlverişli şərtlər dəyişməyib”. Büdcədə gözlənilən kəsir əvvəl proqnozlaşdırılandan 180 milyard yuan (təxminən 25 milyard dollar) çoxdur: “Ümumilikdə dövlət büdcəsinin xərcləri 28,55 trilyon yuana (təxminən 4 trilyon dollar) çatacaq. Xərclər yüksək keyfiyyətli inkişafa effektiv dəstək verməklə kifayət qədər yüksək səviyyədə qalacaq”.
Nazirin sözlərinə görə, ümumilikdə, 2024-cü ildə Çin Maliyyə Nazirliyinin fiskal siyasət tədbirləri “gözə çarpan effekt” göstərir və ümumi iqtisadi sabitliyin qorunmasına kömək etməklə milli strategiyanın əsas məqsədlərinin həyata keçirilməsini uğurla təmin edir: “Hər kəsi bu sual çox narahat edir: ÇXR 2024-cü il üçün dövlət büdcəsi məqsədlərinə nail ola biləcəkmi? Mən sizə tam məsuliyyətlə deyə bilərəm: Çinin maliyyə sistemi kifayət qədər sabitdir, biz hərtərəfli tədbirlər görməklə büdcə ilə bağlı işləri uğurla tamamlamağa imkan verəcək “döyüş qüvvəsi” yarada bilmişik”.
Musavat.com