Bu il Azərbaycan xarici borclarını qaytarmaq üçün 1 milyard 125,5 milyon manat xərcləyib  

2024-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanın dövlət büdcəsindən dövlət borcunun ödənməsinə 1 milyard 295,5 milyon manat sərf edilib.

Musavat.com Maliyyə Nazirliyinin açıqladığı “2024-cü ilin yanvar-sentyabr ayları üzrə icmal və dövlət büdcələrinin icrasına (operativ) dair məlumat”a əsasən xəbər verir ki, bu məbləğin 1 milyard 125,2 milyon manatı xarici dövlət borcunun ödənməsinə yönəldilib.

Xarici dövlət borcunun ödənməsinə yönəldilən vəsaitin 850 milyon manatı əsas borcun, 275,2 milyon manatı isə faiz borcunun bağlanmasına xərclənib.

Doqquz ayda daxili dövlət borcuna xidmətə yönəldilən 170,3 milyon manatın hamısı faiz borcunun ödənməsinə sərf edilib.

Musavat.com

16.10.2024 13:51
286