Yaponiya hökuməti parlamentin buraxılması haqqında qərar imzalayıb.
Musavat.com xəbər verir ki, bu barədə məlumat xarici mediada yayılıb.
Sənəd Nazirlər Kabinetinin bütün üzvləri tərəfindən imzalanıb. Bundan sonra parlamentdə Yaponiyanın baş naziri Şiqeru İşiba ilə müxalifət partiyalarının rəhbərləri arasında debatın keçiriləcəyi gözlənilir.