Bu gündən sabit şəbəkə telefonlarından istifadəyə görə aylıq abunə haqqı artırılıb

Bu gündən sabit şəbəkə telefonlarından istifadəyə görə aylıq abunə haqqı əhali üçün 2,5 manatdan 3,5 manata (ƏDV daxil olmaqla) artırılır.

Musavat.com xəbər verir ki, bu, Tarif Şurasının 26 oktyabr 2022-ci il qərarında əksini tapıb.

Qərara əsasən, şəhərlərarası telefon danışıqları üzrə tarif 5 qəpikdən 3 qəpiyə endirilir.

Qərar bu gündən qüvvəyə minib.

01.11.2022 08:45
966