Bu gündən Mərakeş və Azərbaycan arasında vizadan azad edilmə haqqında saziş rəsmi olaraq qüvvəyə minir.
Musavat.com-un məlumatına görə, bu gündən Azərbaycan vətəndaşları pasportlarının ölkəyə giriş tarixindən ən azı 180 gün müddətində etibarlı olması şərtilə Mərakeşə 90 günə qədər qalma müddəti ilə vizasız gedə biləcəklər.
Eynilə, Mərakeş vətəndaşları da Azərbaycana səfər etdikləri zaman vizasız imtiyazlardan yararlanacaqlar.
Xatırladaq ki, bu il mayın 4-də iki ölkə arasında “Azərbaycan Respublikası Hökuməti ilə Mərakeş Krallığı Hökuməti arasında ümumvətəndaş pasportlarının sahiblərinin viza tələbindən azad edilməsi haqqında Saziş” imzalanıb. Azərbaycan Prezidenti İlham Əliyev iyulun 15-də bu sazişi təsdiqləyib.