Xəbər verdiyimiz kimi, bu gün Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucovun toyudur.
O, tanınmış telejurnalist Alidə Mustafayeva ilə izdivaca girir.
"Yenisabah.az" məşhur cütlüklə bağlı maraqlı məlumatlar əldə edib.
Rəfiqələrinin bildirdiyinə görə, bu, 37 yaşlı Alidə Mustafayevanın ilk evliliyidir. Vaxtilə ATV və İTV telekanallarında çalışan jurnalist işlədiyi kollektivlərdə hamının sevimlisi olub.
Hər iki kollektivdə ona dəfələrlə elçi düşsələr də, xanım jurnalistin könlünü oğurlamaq heç kimə qismət olmayıb.
Alidə Mustafayeva 4 may 2022-ci il tarixindən Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan "Aztelekom" Məhdud Məsuliyyətli Cəmiyyətinin Kommersiya departamentinin ictimaiyyətlə əlaqələr üzrə meneceri vəzifəsində çalışır. 1 iyun 2022-ci ildən Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan "Bakı Telefon Rabitəsi" MMC-nin ictimaiyyətlə əlaqələr üzrə baş mütəxəssisi vəzifəsində çalışır.
5 sentyabr 2022-ci il tarixindən ASAN Radioda Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və ASAN Radionun birgə layihəsi olan "Rəqəmsal Dialoq" verilişini aparır.
Bu gün toyu olan icra başçısı Seymur Orucov haqda isə internet resurslarında kifayət qədər məlumat var.
Qeyd edək ki, S.Orucovun 40 yaşı var. Bu, onun ikinci evliliyidir. İcra başçısı bundan əvvəl Azərbaycan Dövlət İqtisad Universitetinin sabiq rektoru Şəmsəddin Hacıyevin qızı Çeşmi Hacıyeva ilə ailəli olub. Bu izdivacdan cütlüyün dörd övladı dünyaya gəlib, onların ikisi oğlan, ikisi qızdır. Seymur Orucov bir müddət əvvəl Çeşmi Hacıyevadan rəsmi şəkildə boşanıb.