Bu gün Şuşadakı şahmat turnirinin qalibi bəlli olacaq

Bu gün Şuşada keçirilən şahmat üzrə Vüqar Həşimov Memorialının qalibi bəlli olacaq.

"Report"un Şuşaya ezam olunan əməkdaşının məlumatına görə, 8 qrossmeyster bu dəfə blits növündə mübarizə aparacaq.

14 turdan sonra xatirə turnirinin qalibi müəyyənləşəcək.

Rapid yarışının ardından rusiyalı Yan Nepomnyaşi 10 xalla liderdir.

Azərbaycan millisinin üzvü Şəhriyar Məmmədyarov (9 xal) ikinci pillədə qərarlaşıb. Özbəkistanlı Nodirbek Abdusattorov ilə digər rusiyalı Vladislav Artemyev (hər ikisi 8) 3-4-cü, macar Riçard Rapportla Aydın Süleymanlı (hər ikisi 6 xal) 5-6-cı yerləri bölüşdürürlər. Hindistanlı Aravind Çitambaram 5 xalla 7-ci, Rauf Məmmədov isə 4 xalla 8-ci sıradadır.

Qeyd edək ki, sonuncu turdan sonra bağlanış mərasimi baş tutacaq.

28.09.2024 10:30
426