"Yeni Müsavat" Media Qrupunun rəhbəri Rauf Arifoğlu TV Müsavat-ın "Canlı debat" verilişində aparıcı Sevinc Telmanqızının qonağı olub.
Musavat.com xəbər verir ki, Rauf Arifoğlu verilişdə Şuşa-Xankəndi yolundakı etiraz aksiyasından danışıb.
Rauf Arifoğlu bildirib ki, Xankəndinin başı üstündəyik, bizə biət etməyənə və ya köçüb getməyənə kimi onlara rahat həyat yoxdur: "Bura Azərbaycandır! Azərbaycan torpaqlarının hər santimetrində Azərbaycan qanunları həyata keçməlidir".
Ətraflı videoda: