Bu gün şəhid olan hərbçimizin FOTOLARI

Xəbər verdiyimiz kimi, bu gün Ermənistan silahlı qüvvələri Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətindəki mövqeyindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Aşağı Ayrım yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyinə snayper silahından atəş açması nəticəsində hərbi qulluqçumuz Orucov Vüsal Xeybalı oğlu şəhid olub.

Musavat.com “Qafqazinfo”ya istinadən şəhid olan hərbçimizin fotolarını təqdim edir:

30.09.2023 21:48
2004