Bu gün Fransa qoşunlarının Nigerdən çıxarılmasına başlayır

Vətənin Qurtuluşu Milli Şurası Fransa qoşunlarının Nigerdən çıxarılmasına oktyabrın 10-da başlanacağını bildirib.

“Report”un məlumatına görə, bu barədə hökumətdəki mənbələrə istinadən “Agence France-Presse” xəbər yayıb.

Digər təfərrüatlar hələlik açıqlanmayıb. Oktyabrın 6-da “Əl-Cəzirə” telekanalı mənbələrə istinadən xəbər verib ki, Fransa oktyabrın 9-da Nigerdən qoşunlarını çıxarmağa başlayacaq.

Fransa silahlı qüvvələrinin komandanlığı hərbi kontingentin Nigerdən kənarda müvəqqəti yerləşdirilməsinin yerini də müəyyən edib. Qoşunlar Fransanın Saheldəki qüvvələrinin qərargahının yerləşdiyi qonşu Çada yerləşdiriləcək.

10.10.2023 04:30
475