Bu gün “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” imzalanacaq.
Musavat.com report-a istinadən xəbər verir ki, imzalanma mərasimi Rumıniyanın paytaxtı Buxarestdə keçiriləcək.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Rumıniyanın Prezidenti Klaus Yohannisin dəvəti ilə Buxarestə işgüzar səfərə gedib.