Xətai rayonun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyət olacaq.
Musavat.com xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb.
“Bakı şəhəri 8 noyabr prospektində yeni çəkilmiş magistral su kəmərinin şəbəkəyə qoşulması ilə əlaqədar 15 iyul 2024-cü il tarixində gün ərzində Xətai rayonunun bir hissəsinə (Nargilə dairəsindən Naxçıvanski dairəsinədək) içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Yaxın saatlarda quraşdırma işləri yekunlaşacaq və suyun verilməsinə başlanılacaq. Bununla əlaqədar abonentlərdən üzr istəyirik”, - Xidmətdən bildirilib.