Bu ərazidə su olmayacaq

Gün ərzində Əmircan və Köhnə Suraxanı qəsəbələrinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Musavat.com xəbər verir ki, bu barədə “Azərsu” ASC məlumat yayıb.

Bildirilir ki, buna səbəb Suraxanı rayonu Atamoğlan Rzayev küçəsindən keçən magistral su kəmərində baş vermiş qəzadır.

01.08.2022 11:06
769