Nizami rayonunun bir hissəsində içməli suyun verilişi dayandırılacaq.
Bu barədə “Azərsu” ASC məlumat yayıb.
Bildirilib ki, magistral su kəmərində təmir-bərpa işləri ilə əlaqədar bu gün Bakının Nizami rayonunun bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.