Bu ərazidə SU olmayacaq - XƏBƏRDARLIQ

Bu gün Bakının Binəqədi rayonunun 7 və 8-ci mikrorayonlarına gün ərzində içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Bu barədə Musavat.com-a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən bildirilib.

Məhdudiyyətlərə səbəb magistral su kəmərində baş vermiş qəzadır. Qurum yaranacaq narahatlıqla əlaqədar abonentlərdən üzr istəyir.

08.11.2023 10:48
1453