Bakıda ötən həftə özünə iynə vuran həkim şoka düşərək ölüb. Hadisə Sabunçu rayonunun Bakıxanov qəsəbəsində qeydə alınıb.
Belə ki, 1996-cı il təvəllüdlü Əlizadə Qəmbər Dilavər oğlu özünə antibiotik vurub. İynənin əks təsirindən həkim işləyən Qəmbər Əlizadə şok vəziyyətinə düşüb.
Təəssüflər olsun ki, bu hal ilk dəfə baş vermir. Sadə vətəndaşlar da edilən xəbədarlıqlara baxmayaraq antibotikləri müayinəsiz və həkimin rəyi olmadan istifadə etməyə cəhd göstərirlər. Bu isə qəti qağadandır və əks təqdirə ölüm təhlükəsi yarana bilər.
Respublika Klinik Xəstəxanasının şöbə müdiri Reyhan Paşayeva atv-yə bildirib ki, vətəndaşlar heç bir halda özbaşına apteklərdən antibiotik alıb istifadə etməməlidir.