BU DƏQİQƏLƏRDƏ: Sülhməramlılar və texnikaları “Yalama”dan keçir, Vardanyan ACLIĞA başladı - CANLI

Bakıda həbsdə olan separatçı Ruben Vardanyan aclıq aksiyasına başlayıb. O, bütün həbsdə olan separatçıların azadlığını tələb edir. Rusiya sülhməramlılarının hərbi texnikasının ilk partiyası, o cümlədən 24 BTR-82A zirehli transportyorları Goran dəmir yolu stansiyası vasitəsilə Azərbaycan ərazisindən çıxarılır.

“Ermənistanın özü hələ ki öz ərazisində KTMT-nin məsuliyyət zonasını müəyyən edə bilmir”. Musavat.com xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov ölkə mediasına müsahibəsində deyib.

“Əlbəttə ki, KTMT Ermənistanda məsuliyyət zonasının harada olduğunu müəyyən edə bilməz, çünki Ermənistan özü hələ bunu müəyyənləşdirməyib. İrəvan bəyan etdi ki, Azərbaycanla birlikdə 1991-ci il sərhədlərinə - Alma-Ata Bəyannaməsinə hörmət etməyə hazırdırlar, yəni Qarabağ Azərbaycanın ərazisidir.

Eyni zamanda delimitasiya komissiyası da yaratdılar. Hətta baş nazir Nikol Paşinyan bu yaxınlarda anklav olmayan dörd kəndi Azərbaycana təhvil verməyə hazır olduğunu açıqladı...

Və Paşinyanın KTMT-dən təsdiqini və mühafizəsini istədiyi 1991-ci ilin sərhədləri burada nəzərə alınmır", - Lavrov bildirib. Nazir vurğulayıb ki, KTMT-nin öz məsuliyyət sahəsini göstərmək öhdəliyindən yalnız Ermənistanın sərhədləri müəyyən edildikdən və delimitasiya başa çatdıqdan sonra danışmaq lazımdır.

Ukrayna mövzusunda da danışan Lavrov yerli KİV-ə müsahibəsində deyib ki, biz həmişə danışıqları döyüşlərdən və müharibələrdən üstün tuturuq: “Danışıqların hər zaman üstünlük verilən variant olduğunu söyləyən Rusiya XİN başçısı Ukrayna ilə Belarus və İstanbulda keçirilən görüşləri xatırladıb. Lavrov qeyd edib ki, Ukrayna üzrə danışıqlar başlasa belə, Rusiya hərbi əməliyyatları dayandırmayacaq: "Kiyevə inam yoxdur, Rusiya Ukrayna ilə bağlı danışıqlar başlasa belə, hərbi əməliyyatlara fasilə verməyəcək". O, Rusiyanın bu gün Ukraynada xüsusi hərbi əməliyyatın davam etdirilməsinin zəruriliyinə tam əmin olduğunu vurğulayıb.

TVMusavat-ın canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu Azad Vətən Partiyasının sədri Akif Nağı ilə regionu müzakirə edir.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

19.04.2024 15:51
4135