Ukrayna Silahlı Qüvvələri son sutkada pilotsuz uçuş aparatları ilə Rusiyanın 3 neft emalı zavodunu vurub. Ukrayna mediası məlumat yayıb. Bildirilib ki, Ryazan, Nijni Novqorod və Leninqrad vilayətlərindəki zavodlara hücum olunub.
Hücumları Ukrayna təhlükəsizlik xidmətinin təşkil etdiyi vurğulanıb. Məlumata görə, həmçinin Rusiya Hərbi Hava Qüvvələrinin hərbi bazalarından biri və Voronejdəki hərbi aerodromuna da hücum olub.
Ukrayna Silahlı Qüvvələri Luqansk istiqamətində bir qrup rus hərbçisini məhv edib. Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, kollektiv
Qərb Rusiyaya strateji məğlubiyyət vermək fikrindədir: "Makronun NATO qoşunlarının Ukraynaya göndərilməsi ilə bağlı bəyanatlarını, eyni zamanda, Avropa dövlətlərinin liderlərinin səsləndirdiyi bir sıra digər "inciləri" göstərmək kifayətdir.
Rusiyaya qarşı təcavüzkar xətt Qərbin kursunun bir hissəsidir və onun bütün beynəlxalq münasibətlər sisteminin obyektiv demokratikləşməsi prosesinin qarşısını almaq səylərinin yalnız bir hissəsidir. Onlar çox gözəl başa düşürlər ki, Ukraynada məhz bu məsələ Qərbin dünya işlərində hökmranlığı, onun hegemonluğuna son qoyulması məsələsi həll olunur", deyə Lavrov qeyd edib.
“Ukrayna ilə danışıqlara hazırıq. Amma bu danışıqlar yerdə formalaşmış reallıqlara əsaslanmalıdır”. Bunu isə Rusiya prezidenti Vladimir Putin "Rossiya 1" və RİA Novosti-yə müsahibəsində bildirib.
TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu professor Qabil Hüseynli ilə Rusiya şəhərlərinin vurulmasını müzakirə edir.
Facebook səhifəsinin ünvanı:
https://www.facebook.com/NewMusavat
Youtube səhifəsinin ünvanı: