Rusiya prezidenti Vladimir Putin Ukrayna ilə həmsərhəd regionlardakı vəziyyətlə bağlı müşavirə keçirir.
Musavat.com xəbər verir ki, Kremlin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Putin Rusiyanın Ukrayna ilə sərhəd Kursk, Belqorod və Bryansk vilayətlərindəki vəziyyətlə bağlı müşavirə keçirir.
Litva Silahlı Qüvvələrinin komandanı Raymundas Vaiksnoras bəyan edib ki, hazırda Rusiya Federasiyasının Kalininqrad vilayətindəki quru qoşunlarında nəzərəçarpacaq dərəcədə azalma müşahidə olunur. Litva ordusunun komandanı bunu Ukraynanın Kursk vilayətindəki uğurlu hücumu ilə əlaqələndirib.
Bununla belə, onun sözlərinə görə, Kreml Baltik dənizi regionuna nəzarətini saxlamağa çalışır: “Ukraynada müharibə başlayan kimi biz artıq müşahidə etdik ki, Kalininqraddan çoxlu texnika və şəxsi heyətin bir hissəsi köçürülüb... Lakin şəxsi heyət rotasiyadan sonra geri qayıtmışdı. İndi isə buradakı Quru Qoşunlarının əhəmiyyətli dərəcədə azalması müşahidə olunur”.
Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya ilə həmsərhəd Sum vilayətinə səfər edib. Zelenski özünün Feysbuk səhifəsində bildirib. Zelenski səfər zamanı Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski və Sum vilayətinin hərbi administrasiyasının rəhbəri ilə görüşüb.
“Baş komandan fəal əməliyyatların bütün sahələrində, xüsusilə də cəbhənin ən çətin istiqamətlərində əməliyyat şəraiti barədə məruzə edib. O, Torez və Pokrovski istiqamətlərində müdafiəni gücləndirmək üçün atılan addımlar barədə məlumat verib. Kursk vilayətində daha bir yaşayış məntəqəsi nəzarətə götürülüb”, - Zelenski bildirib.
TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu siyasi şərhçi Turab Rzayevlə Ukrayna böhranını müzakirə edir.
Facebook səhifəsinin ünvanı:
https://www.facebook.com/tvmusavat
Youtube səhifəsinin ünvanı:
https://www.youtube.com/user/TVmusavat