Kazan şəhərində XVI BRICS Sammitinin “Outreach” / “BRICS+” formatında iclası zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla görüşü başlayıb. “Azərbaycanla sülh müqaviləsi layihəsi 80-90 faiz razılaşdırılıb”. Bunu Ermənistan Baş naziri Nikol Paşinyan XVI BRİKS Sammitinin “Outreach” / “BRİKS+” formatının ilk plenar iclasında çıxışında deyib.
“Həm Ermənistan, həm də Azərbaycan ötən aylarda dəfələrlə bəyan ediblər ki, Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin qurulmasına dair saziş layihəsi ən azı 80-90% razılaşdırılıb”, - Paşinyan bildirib. Onun sözlərinə görə, bir-birinin ərazi bütövlüyünün qarşılıqlı tanınması, qarşılıqlı ərazi iddialarının olmaması və gələcəkdə belə iddialarla çıxış etməmək öhdəliyi, gücdən istifadə etməmək və gücdən istifadə etməmək prinsipinə riayət edilməsi, bir-birinin daxili işlərinə qarışmamaq, diplomatik münasibətlərin qurulması və sülh müqaviləsi tərəflərinin üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi üçün ikitərəfli mexanizmlərin yaradılması ilə bağlı artıq tam şəkildə razılaşdırılıb.
“Ermənistan nəqliyyat vasitələrinin, yüklərin, sərnişinlərin, boru kəmərlərinin öz ərazisindən, o cümlədən Azərbaycandan keçməsinin təşkilində maraqlıdır”. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan XVI BRICS Sammitinin “Outreach”/“BRİKS+” formatının genişləndirilmiş iclasında bildirib.
"Bu, İran İslam Respublikası, Ermənistan və Gürcüstan ərazilərindən keçməklə Qara dəniz və Fars körfəzi arasında ən qısa marşrutdur. Bu, Şimal-Cənub istiqamətidir. Həmçinin Azərbaycan, Ermənistan və Türkiyə ərazilərindən keçməklə Xəzər və Mərmərə dənizləri arasında ən qısa marşrutdur. Bu, Şərq-Qərb istiqamətidir", - o bildirib.
N.Paşinyan vurğulayıb ki, bu marşrutdan Azərbaycanın əsas ərazisi ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat-kommunikasiya əlaqələri üçün də istifadə etmək olar:
"Bu yanaşmanı nəzərə alaraq, biz Azərbaycana sərhəd və gömrük nəzarətinin sadələşdirilmiş prosedurlarını, habelə hər iki ölkənin yurisdiksiyası və suverenliyinə tam hörmət nəzərə alınmaqla əlavə təhlükəsizlik tədbirlərinin təmin olunmasını təklif etdik".
Baş nazir qeyd edib ki, Ermənistan öz ərazisindən yüklərin, resursların, nəqliyyat vasitələrinin və insanların keçidinin təhlükəsizliyini təmin etmək iqtidarındadır.
TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu siyasi ekspert Qədir Aslanla gündəmi müzakirə edir.
https://www.facebook.com/tvmusavat
Youtube səhifəsinin ünvanı: