BU DƏQİQƏ! Xarkovda QIRĞIN, Rusiyada yük qatarına dronlarla hücum oldu, Belqorod “Vampir”lərlə vuruldu

Ukrayna ordusu səhər saatlarından Belqorod şəhərinə raket zərbələri endirib. Bu barədə şəhər meri Valentin Demidov məlumat verib. Onun sözlərinə görə, zərbələr nəticəsində yaşlı qadın qəlpə yarası alıb və xəstəxanaya yerləşdirilib. Mer bildirib ki, doqquz binada 21 mənzilin pəncərələri, üç fərdi evin dam örtüyü, məktəbin isə pəncərələri sınıb, fasadı zədələnib. Altı avtomobilə də ziyan dəyib.

Rusiya Müdafiə Nazirliyi də rəsmi açıqlamasında gecə ərzində hava hücumundan müdafiə sistemlərinin Ukrayna tərəfdən atılan 25 ədəd “Vampir” reaktiv yaylım atəş sistemlərinin raketlərini zərərsizləşdirdiyini bildirmişdi.

“Vəziyyət hər saat kritik həddə yaxınlaşır. Bütün qüvvələrimiz ya burada, ya da Çasov Yardadır. Təəssüf ki, bizim ehtiyatda heç kimimiz yoxdur..."

“AzPolitika” xəbər verir ki, bunu Xarkovda olan Ukrayna hərbi kəşfiyyatının rəisi, general Kirill Budanov

“The New York Times”-a açıqlamasında deyib.
Ukraynanın əksər rəsmiləri və hərbi ekspertləri kimi, Ukrayna kəşfiyyatının rəhbəri də hesab edir ki, Rusiyanın Xarkov istiqamətindəki hücumları Ukrayna qüvvələrini Donbassın qaynar nöqtələrindən həmin istiqamətə çəkmək məqsədi daşıyır.

Onun sözlərinə görə, Ukrayna ordusu şimal-şərqdə müdafiəni gücləndirmək üçün cəbhə xəttinin digər hissələrindən qoşun köçürməyə çalışsa da, əlavə canlı qüvvə tapmaq çətindir. Budanov əlavə edib ki, Rusiya həmçinin, Sumı vilayəti istiqaməıtində güclü hücuma hazırlaşır.

“Ukraynada tammiqyaslı müharibə kritik mərhələyə daxil olur və Xarkov Rusiya diktatoru Vladimir Putinin hədəfindədir”. Bunu isə ABŞ-nin “Politico” nəşri yazıb. Yazıda qeyd olunur ki, söhbət təkcə Ukrayna dövlətinin ən böyük şəhərlərindən birinə nəzarətdən getmir: “ Ortada ölkənin potensial olaraq döyüşü davam etdirmək qabiliyyəti durur. Xarkov süqut edərsə, Qərbin qətiyyəti tezliklə ortaya çıxa bilər. Görünür, Putin Ukrayna ordusuna daha çox Qərb silah-sursatı gəlməzdən öncə mövcud olan “pəncərədən” yararlanmaq istəyir”.

Bu və gündəmdəki digər xəbərləri bu gün saat 13.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində Ukraynadan olan ekspert, ehtiyatda olan polkovnik Elxan Nuriyevlə müzakirə edəcəyik.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

14.05.2024 13:23
1123