Rusiya Silahlı Qüvvələri və Federal Təhlükəsizlik Xidmətinin (FSB) sərhəd orqanları tərkibində muzdlular və xüsusi əməliyyat qüvvələrinin yaraqlılarının da olduğu bir qrup Ukrayna diversantının Mi-8 helikopteri ilə Belqorod vilayətinin ərazisinə keçmək cəhdinin qarşısını alıb.
Musavat.com bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Nazirlik bildirir ki, 30 nəfərdən ibarət diversiya qrupu iki Mi-8 helikopterində relyef xüsusiyyətlərindən istifadə edərək Rusiya sərhədindən 1 km məsafədə Ukrayna ərazisinə eniş edib. Bundan sonra Rusiya ərazisinə girməyə çalışan ukraynalıların Kozinka sərhəd yaşayış məntəqəsi ərazisində dayandırıldığı deyilir.
Rusiya MN qeyd edir ki, diversiya qrupu gizli şəkildə birbaşa dövlət sərhədində yerləşən Kozinkaya doğru hərəkət edərək, kənd ətrafındakı bir neçə evə daxil olub. Ukrayna hərbçiləri ilə qarşıdurmada artilleriya və hərbi aviasiya vasitələrindən istifadə olunub. Müdafiə Nazirliyi əlavə edir ki, bundan sonra xeyli itki verən silahlılar Ukrayna ərazisinə çəkilməyə başlayıblar.
Rusiya Müdafiə Nazirliyi onu da bildirir ki, yaralı və həlak olan diversantları təxliyə etmək üçün irəliləyən Ukrayna bölməsi də məhv edilib. “Ukrayna Silahlı Qüvvələrinin ümumi itkiləri 50 nəfərdən çox olub. Hazırda kəndə nəzarət tam bərpa olunub, təxribat-kəşfiyyat qrupunun mühasirəyə aldığı ərazi təmizlənib”, - nazirlik bildirir.
TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlunun suallarını hərbi ekspert Ramil Məmmədli cavablandırır.
Facebook səhifəsinin ünvanı:
https://www.facebook.com/NewMusavat
Youtube səhifəsinin ünvanı: