BU DƏQİQƏ! Tiflisdə TOQQUŞMALAR gedir, müxalif lider ÖLÜMCÜL döyüldü, parlamentdə ƏLBƏYAXA - CANLI

Gürcüstan parlamentində “Xarici agentlər” haqqında qanun layihəsinin müzakirəsi zamanı hakim partiya və müxalifətdən olan deputatlar arasında dava olub.

Müxalif Vahid Milli Hərəkat Partiyasının deputatları hazırkı hakimiyyəti xüsusi təyinatlıların iştirakı ilə baş vermiş insidentdə ittiham etdikdən sonra vəziyyət gərginləşib.

Gürcüstanın Daxili İşlər Nazirliyi ölkə müxalifətinin liderinin döyülməsi faktına münasibət bildirib. Nazirliyin mətbuat katibi Aleksandr Darakvelidze bildirib ki, Gürcüstanın ən böyük müxalifət partiyası olan “Vahid Milli Hərəkat”ın lideri Levan Xabeişvili polis zəncirini qırmağa cəhd edib, polislərə müqavimət göstərib və nəticədə yaralanıb.

Gürcüstan KİV-in məlumatına görə, Xabeişvili xəsarətlərlə xəstəxanaya çatdırılıb. Hazırda o, tibb müəssisəsindədir. “Vahid Milli Hərəkat” partiyası onun mitinq zamanı qaçırıldığını bildirib.

Avropa İttifaqının Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrell Gürcüstanda etirazçılara qarşı zorakılığı pisləyib. Borrell bu barədə "X" hesabında paylaşım edib.

"Mən Gürcüstanda "Xarici təsir" haqqında qanuna qarşı dinc nümayiş keçirən etirazçılara qarşı zorakılığı qətiyyətlə pisləyirəm. Gürcüstan Aİ-yə namizəd ölkədir, mən onun hakimiyyətini dinc toplaşmaq hüququnu təmin etməyə çağırıram. Onu yatırmaq üçün gücdən istifadə yolverilməzdir”, Borrell bildirib.

Xarici agentlər haqqında qanunun müzakirəsi üçün Avropa İttifaqı Gürcüstana maliyyəni kəsməli və hakim “Gürcü Arzusu” partiyasının təsisçisinə qarşı sanksiyalar tətbiq etməlidir.

Avropa Parlamentinin Almaniyadan olan deputatı Viola fon Kramon özünün X (keçmiş Twitter) sosial şəbəkəsindəki səhifəsində yazıb.

O, Avropa Komissiyasının qonşuluq və genişlənmə danışıqları üzrə baş direktorunun Gürcüstana gözlənilən səfəri ilə bağlı məlumatı şərh edib.

“Düşünməyin ki, indi Gürcüstan hökuməti ilə yeni layihələri açıqlamağın vaxtıdır, lakin Avropa İttifaqı icra səviyyəsində maliyyələşdirməni dayandırmalı və Bidzina İvanişviliyə qarşı tez bir zamanda sanksiyalar tətbiq etməlidir. Gürcü xalqı bunu gözləyir və buna layiqdir”, – deyə fon Kramon bildirib.

O, həmçinin Tbilisidəki iğtişaşları və onların xüsusi təyinatlı polis qüvvələri tərəfindən dağıdılmasını Ukrayna Maydanı ilə müqayisə edib. Avropa Parlamentinin üzvü Miriam Leksman da İvanişviliyə qarşı sanksiyaların tətbiqini tələb edib.

TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlunun suallarını professor Qabil Hüseynli cavablandırır.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

01.05.2024 16:37
1550