Türkiyədən uçan Rusiya aviaşirkətinə məxsus təyyarənin pilotlarını səmada lazerlə kor etməyə çalışıblar.
Musavat.com xəbər verir ki, bu barədə Aviaincident Telegram kanalı məlumat yayıb.
Məlumatda qeyd olunur ki, noyabrın 10-da İstanbuldan Moskvaya uçan Boeing 737-800 təyyarəsində gözlənilməz vəziyyət yaranıb. Təyinat hava limanına yaxınlaşarkən ekipaj təyyarənin solunda yaşıl lazer şüasının müşahidə edildiyini bildirib.
Buna baxmayaraq, komandir pilot uçuşu davam etdirib. Nəticədə təyyarə Moskvanın Şeremetyevo hava limanına təhlükəsiz eniş edib.
Bundan əvvəl Azərbaycandan uçan “İrAero” aviaşirkətinə məxsus təyyarənin pilotlarını səmada lazerlə kor etməyə çalışıblar. Hadisə noyabrın 6-da Bakıdan Nijni Novqoroda uçan sərnişin təyyarəsində baş verib.
Musavat.com