Bu çayda suyun səviyyəsi artıb-AÇIQLAMA  


Bu ilin aprel ayından bu günə qədər ölkə ərazisində 143 sel hadisəsi qeydə alınıb.


Musavat.com xəbər verir ki, bunu Milli Hidrometeorologiya xidmətinin hidrologiya mərkəzinin direktoru Asif Verdiyev deyib. O bildirib ki, sel hadisələri əsasən Böyük və Kiçik Qafqazın dağ çaylarında qeydə alınıb:

"Bu gün Lənkərançayda da suyun səviyyəsində artım müşahidə edilib. Növbəti günlərdə isə hava şəraiti əsasən yağmursuz olacağı üçün çaylarda suyun səviyyəsində azalma müşahidə olunacağı gözlənilir".

Nigar HƏSƏNLİ
Musavat.com

05.10.2023 16:21
768