Bu, bizi qələbəyə aparan amildir - Prezidentdən MÜHÜM AÇIQLAMA

Azərbaycan dövləti və xalqı Ermənistanın ədalətsiz işğalı ilə heç vaxt barışmayıb.

Musavat.com xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Laçın şəhərində 28 May – Müstəqillik Gününə həsr edilmiş konsertdən əvvəl çıxışı zamanı deyib.

Dövlət başçısı qeyd edib ki, Azərbaycan daim öz haqq işini aparıb:

“Biz güclü iqtisadiyyat qurmuşuq və məhz bunun nəticəsində ordu quruculuğuna lazımi həcmdə vəsait ayırmışıq. Bu, bizi qələbəyə aparan amildir. Bununla bərabər, gənc nəsli vətənpərvər ruhda yetişdirərək qələbəmizi şərtləndirdik”.

28.05.2025 17:48
402