“Bu, Azərbaycanın ölüm-qalım məsələsidir”- ŞOK AÇIQLAMA

“Bu, Azərbaycanın ölüm-qalım məsələsidir. Qardaş Türkiyə yanımızdadır. İldırım sürətli bu lokal antiterror tədbiri çox qısa müddətdə qarşıya qoyulan məqsədə çatacaq”.

Bu fikirləri Musavat.com-a politoloq Qabil Hüseynli bildirib.

O deyib ki, bu əməliyyat olmalı idi:

62a038e08c9a2ea1684b4ab984ad88e4.jpg (85 KB)

“Hətta çoxdan olmalı idi. Amma hər halda məhdud, lokal antiterror tədbirlərinin başlanması məcburiyyət üzündən, Azərbaycanın suverenliyinin bərqərar olması zərurətindən irəli gəldi. Ərazilərimizdə yerləşən həm separatçılar, həm də Ermənistan silahlı qüvvələri hədsiz dərəcədə qudurmuşdular. Bütün qırmızı xətləri aşıb keçmişdilər. Amerika, Fransa, Rusiya da onlara dəstək verirdi. Elə bil hamısı Azərbaycan xalqına qarşı qənim kəsilmişdilər. Biz öz ərazimizdə lokal xarakterli hərbi tədbirə başlamaq zərurəti qarşısında qaldıq. Bunu bizə ermənilər məcbur etdi”.

Politoloq bildirib ki, son iki gündə dinc əhaliyə, polisə və digər vətəndaşlarımıza qarşı təşkil etdikləri sui-qəsdlərə görə bu lokal hərbi əməliyyatları başlamaq məcburiyyətində qaldıq:

“Artıq əməliyyatlara əmr verilib, qəhrəman döyüşçülərimiz, Ordumuzun bütün dəstələri – silahlı qüvvələrdən tutmuş xüsusi təyinatlılara, komanda qoşunlarına, hərbi dəniz qüvvələrinin “dəniz pişikləri”nə qədər, xüsusi təyinatlılar kiçik antiterror tədbirlərinə cəlb edilib. Şübhəm yoxdur ki, antiterror tədbirləri uğurlu olacaq. İlk uğurları yəqin ki, var. Lazım olan istiqamətlərdə Baş Qərargahın hazırladığı istiqamətlərdə döyüş əməliyyatları uğurla həyata keçib. Ərazimizdə yerləşən erməni sakinlərimizi - keçmiş vətəndaşlarımızı bizimlə birgə yaşayış qaydalarına uyğun olaraq birgə yaşamağa yönləndirəcəyik”.

Afaq Mirayiq,
Musavat.com

19.09.2023 15:23
3328